Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.
Dekabrın 30-da Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli hava şəraiti, Lənkəran-Astara bölgəsində isə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara əsasən dekabrın 30 və 31-də Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Qış mövsümündə mülayim keçən havalar meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.
Modern.az