Modern.az

313 nəfəri “Azəriqaz”a işə götürdülər

313 nəfəri “Azəriqaz”a işə götürdülər

Təhsil

29 Dekabr 2011, 16:03

 Azərbaycan Dövlət Neft Şirkətinin (ADRNŞ) İnsan Resursları Departamenti “Azəriqaz” İstehsalat Birliyinə (İB) yeni qəbul olan  işçilərlə görüş keçirilib. ARDNŞ-in mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, “Azəriqaz” İB tərəfində  müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərlə görüşdə qeyd edilib ki, “Təmirçi-çilingər”, “Əl ilə qaynaqda elektrik qaynaqçısı” və “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vakansiyaları üzrə 640 nəfər iş üçün müraciət edib. Peşə sınaq imtahanı və aparılan fərdi müsahibədən keçən  313 namizəd qəbul olunub, nisbətən aşağı nəticə göstərən  100 nəfər isə kadr ehtiyatı bazasına daxil edilib.
Görüş zamanı çıxış edən İnsan Resursları Depatamentinin rəisi Asif Bəkirli işə yeni qəbul olunanları təbrik edib və  bildirib  ki, işə qəbul prosesi ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada, müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun aparılıb.

O, Dövlət Neft Şirkətində müvafiq bilik və bacarığa malik olan kadrların işə qəbuluna son dərəcə həssaslıqla yanaşaraq bu istiqamətdə işlərin daha şəffaf həyata keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib.
Tədbirdə müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər test, peşə sınaq imtahanı və müsahibə prosesinin şəffar keçirildiyini, neqativ halların baş vermədiyini söyləyiblər, yaradılan  şəraitə görə ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal