Modern.az

Ədliyyə Nazirliyində daha bir qrup QHT rəsmi qeydiyyata alındı

Ədliyyə Nazirliyində daha bir qrup QHT rəsmi qeydiyyata alındı

Təhsil

29 Dekabr 2011, 22:01

Dekabrın 29-da Ədliyyə Nazirliyində kollegiya iclası keçilib. İclasda «Tərəqqi» və «Dövlət qulluğunda fərqlənməyə görə» medalları ilə təltif edilmiş ədliyyə işçilərinə nazir Fikrət Məmmədov tərəfindən bu mükafatlar təqdim edilib.

İclasda dekabrın 26-da imzalanmış və 92 nəfərə şamil olunmuş əfv sərəncamından danışılıb, bildirilib ki, indiyədək qəbul edilmiş 50 əfv aktı 5300-dən çox şəxsi əhatə edib.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisə təqdim olunmaq üçün hazırlanmış illik məruzə də müzakirə edilib. Qeyd olunub ki, 2011-cı il ərzində 32 minə yaxın bələdiyyə aktı inzibati nəzarət qaydasında yoxlanılıb və onlardan 1600-dən çoxu nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. 690 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, bununla yanaşı 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib və onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 4.300 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub.

İclasda növbəti il üçün prioritetlər müəyyən edilərək qarşıda duran vəzifələrlə bağlı zəruri tapşırıqlar verilib.

Bununla yanaşı, nazirliyin bəzi normativ-hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal