Modern.az

Deputatın növbəti qəbulu - FOTOLAR

Deputatın növbəti qəbulu - FOTOLAR

Təhsil

30 Dekabr 2011, 12:09

Dekabrın 29-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda öz seçicilərini növbəti dəfə qəbul edib. Qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində keçirilib. Qəbula gələn sakinləri qarşıdan gələn «Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü» və «Yeni 2012-ci il» münasibətilə təbrik edən millət vəkili belə görüşlərin davamlı olaraq keçiriləcəyini bir daha sakinlərin diqqətinə çatdırıb. Hər bir məsələyə dair müzakirələrin aparıldığını deyən deputat cari ildə bölgələrdə, o cümlədən də İsmayıllı rayonunda görülən işlərin rayon sakinlərinə dövlət tərəfindən göstərilən qayğının təzahürü olduğunu bildirib.

Qəbulda qaldırılan məsələlər əsasən sosial yönümlü olub, həmçinin, fərdi problemlər barədə də müraciətlər edilib. Bəzi müraciətlər yerindəcə həll edilib, digərləri barədə əlaqədar strukturlara müraciətlərin ediləcəyi nəzərdə tutulub.
“Məlumat üçün bildirək ki, Novruz Aslanovun İsmayıllı rayon seçiciləri ilə görüşləri deputatın iş qrafikinə uyğun müntəzəm olaraq keçirilir. Belə görüşlər rayonun bütün kənd və qəsəbələrini əhatə edir. Bu günə kimi millət vəkili 20-ə yaxın kənddə belə görüşlər keçirib. Bu görüşlərin əksəriyyəti rayon İcra Hakimiyyətinin başçısı ilə birgə baş tutub. Bunlarla yanaşı rayonda keçirilən bütün kütləvi tədbirlərdə Novruz Aslanov iştirak edib. Ümumiyyətlə, Novruz Aslanovun bir il ərzində deputatlıq fəaliyyəti barədə hesabat veməsi ənənə şəklində bu ilin sonunda da həyata keçirilib. Belə ki, bir illik fəaliyyət barədə HESABAT toplusu çap edilərək müvafiq strukturlara təqdim edilib. Bu ilin oktyabr və noyabr aylarında bu barədə mətbuata açıqlama verilib. Geniş ictimai kütlənin bu hesabatla tanış olması məqsədilə əməkdaşlıq edilən internet saytlarında Hesabat  yerləşdirilib. Hesabatla maraqlanan şəxslər deputatın qərargahına müraciət edə bilərlər”-deyə deputatın qərargahından bildirilib.  


 

 

 

 

     
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal