Modern.az

Deputat hərbi hissəyə səfər edib - FOTOLAR

Deputat hərbi hissəyə səfər edib -  FOTOLAR

Təhsil

30 Dekabr 2011, 12:41

Millət vəkili Qənirə Paşayeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib. Modern.az xəbər verir ki, əsgərlər qarşısında çıxış edən millət vəkili əsgərləri bayram münasibətilə təbrik edib. “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək”, - deyə deputat bildirib.

Azərbaycan Bayrağı ordenli İbad Hüseynov da çıxışında əsgər və zabitləri bayram münasibəti ilə təbrik edib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da bayram təbriklərini çatdırıb.

Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib.

Tədbirdə çıxış edən hərbi hissə rəhbərliyi belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildiriblər.

Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib.






Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal