Modern.az

Deputatlar İçveçrəyə göndəriləcək Azərbaycan səfirinə ayıq olmağı məsləhət görüblər

Deputatlar İçveçrəyə göndəriləcək Azərbaycan səfirinə ayıq olmağı məsləhət görüblər

Təhsil

30 Dekabr 2011, 14:12

Modern.az saytının məlumatına görə, dekabrın 30-da Milli Məclisin iclasının gündəliyinə daxil olan məsələlər müzakirə edilib. Deputatlar “Sosial xidmət haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər.

Eyni zamanda “Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin təsis edilməsi haqqında”, "Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi haqqında" sazişin təsdiq edilməsi barədə”, "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında" sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə” və "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında diplomatik nümayəndəliklərinin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında" sazişin təsdiq edilməsi barədə” qanunlar da təsdiqlənib.

“Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi barədə Sevinc Fətəliyeva məlumat verib.

Deputat Qənirə Paşayeva çıxış edərək deyib ki, Azərbaycanın səfirliklərinin sayının artırılması, ayrı-ayrı ölkələrdə səfirliklərinin açılması çox önəmlidir. Onun sözlərinə görə, səfirliklərimiz qondarma “erməni soyqırımı” ilə bağlı problemi  priortet məsələ kimi diqqətdə saxlamalıdırlar.  “Çünki Fransanın qəbul etdiyi məlum sənəd yalnız Türkiyəyə qarşı deyil, eyni zamanda da Azərbaycana qarşıdır”.

Q.Paşayeva deyib ki, qondarma “erməni soyqırımı” məsələsi digər Avropa ölkələrində də müzakirə edilə bilər. “Qondarma “erməni soyqrımı”nın 100 illiyi 2015-ci ilə təsadüf edir, bu sahədə gözləntilər çoxdur. Bu zəncirvari reaksiya kimi gedəcək və Avropanın digər ölkələrində də bu məsələni müzakirəyə çıxara bilərlər. Onlar Fransa Senatının son qərarını gözləyirlər, bu baxımdan biz də ayıq olmalıyıq”.

İclasda çıxış edən Sabir Rüstəmxanlı bildirib ki, diplomatik korpusların sayının genişlənməsi mühüm hadisədir. İsveçrənin qondarma “erməni soyqırımı” məsələsinin Avropaya yayıcısı kimi tanınan ölkə olduğunu deyən deputat qeyd edib ki, Fransadan əvvəl qondarma “erməni soyqırımı”nı İsvecrə tanıyıb. “Ona görə mən hesab edirəm ki, İsveçrəyə gedəcək diplomatlar bu məsələ barədə ayıq olmalıdırlar”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal