Modern.az

Sabir Rüstəmxanlı: “Türkiyədə çox pərt oldum...”

Sabir Rüstəmxanlı: “Türkiyədə çox pərt oldum...”

Təhsil

30 Dekabr 2011, 14:32

Milli Məclisin iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı deputat Qüdrət Həsənquliyevin Türkiyəyə yönəlik fikirlərini davam etdirmək istədiyini bildirib. Modern.az saytı xəbər verir ki, bu yaxınlarda Türkiyədə kitab təqdimatında iştirak etdiyini deyən Sabir Rüstəmxanlı orada bir neçə erməni mətbəəsinin fəaliyyət göstərdiyini görüb. Deputat iştirak etdiyi həmin sərgidə 100-dən artıq erməni kitabının təqdim olunduğunu qeyd edib.

“Amma çox təəssüf ki, həmin sərgidə Azərbaycan dilində bir kitab belə yox idi. Türkiydə 3 milyondan artıq azərbaycanlı yaşayır, amma həmin gün bir kitab ortaya çıxarda bilməmişdilər. Çox pərt oldum, hesab edirəm ki, bu ciddi məsələdir. Türkiyədə işimiz belə qurulubsa, o biri ölkələrdə necə qura biləcəyik? Mən bu məsələdə çox təəssüf edirəm”.

Daha sonra deputat iki ölkə arasındakı viza məsələsinə toxunaraq arada ciddi problemlərin olduğunu vurğulaylıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal