Milli Məclisin iclasında çıxış edən millət vəkili Zahid Oruc “Türkiyə və Azərbaycan Xocalı soyqırımının dünyada tanıdılması üçün birgə dövlət qurumu yaratmalıdır” deyə məsələ qaldırıb. Modern.az saytının məlumatına görə, Z.Oruc qeyd edib ki, erməniləri hazırda dünyada biabır edəcək, rəzil günə salacaq ən böyük faktlardan biri Xocalı soyqırımıdır. Onun sözlərinə görə, bu soyqırımını bütün dünyaya tanıtmaq gərəkdir. Və iki ölkə arasında bir dövlət qurumunun yaradılmasına ehtiyac var.
“Məsələn, biz Fransanın bu əməli ilə bağlı fikir bildiririk, amma mən hesab etmirəm ki, bu ermənilərlə bağlı bir məsələdir, sabah başqa bir ölkə də Fransa kimi belə bir qanun qəbul edə bilər”.