Modern.az

İcra başçısının təşkil etdiyi atəşfəşanlıq xoşagəlməz hadisəyə səbəb olub

İcra başçısının təşkil etdiyi atəşfəşanlıq xoşagəlməz hadisəyə səbəb olub

Təhsil

1 Yanvar 2012, 12:49

31 dekabr gecəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin binası qarşısında xoşagəlməz hadisə yaşanıb. Modern.az-ın məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə icra başçısı Eldar Əzizovun təşkil etdiyi atəşfəşanlıq qanqaraldıcı olaya səbəb olub.
Belə ki, İcra Hakimiyyətinin binası qarşısında atılan fişəngin alovu burada bəzədilmiş şam ağacında yanğına səbəb olub. Tez bir zamanda alov bütün ağacı bürüyüb. Məcbur olub hadisə yerinə yanğınsöndürən maşınlar çağırıblar. Yalnız bundan sona yanğını söndürmək mümkün olub. Hadisə İcra Hakimiyyətinin binası qarşısında təşkil edilən bayram mərasimindəki ovqatı pozub.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal