Modern.az

Şimali Kipr Türk Respublikasının adı dəyişdirilir

Şimali Kipr Türk Respublikasının adı dəyişdirilir

Təhsil

2 Yanvar 2012, 12:52


Şimali Kipr Türk Respublikasının (Quzey Kıprıs Türk Cümhuriyyəti) adı 2012-ci ildə dəyişə bilər. Modern.az saytının məlumatına görə, bu barədə Türkiyənin “Milliyyət” qəzeti xəbər verib. Xəbərdə bildirilir ki, Şimali Kipr Türk Respublikasının dövlət başçısı Dərviş Əroğlu yeni Konstitusiyanın qəbulundan və ölkənin adının dəyişilməsindən bəhs edib.

Dərviş Əroğlu deyib ki, 2012-ci ildə Kipr problemi çözülməyəcəyi təqdirdə yeni Konstitusiyanın qəbulu ilə yola davam ediləcək, bu halda isə dövlətin adının belə dəyişə biləcəyi gözlənilir.

D.Əroğlu ad dəyişikliyinə gedilsə, dövlətin adının "Şimali Kipr Türk Dövləti" və ya "Kipr Türk Dövləti" ola biləcəyini söyləyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal