Modern.az

“Evrovision-2012”nin milli seçimlərində 6-cı həftənin iştirakçıları çıxışa başlayıb - SİYAHI

“Evrovision-2012”nin milli seçimlərində 6-cı həftənin iştirakçıları çıxışa başlayıb - SİYAHI

Təhsil

3 Yanvar 2012, 23:08

Azərbaycanı «Evrovision-2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən iddiaçıların yarışı davam edir. Yanvarın 3-də İctimai Televiziyada Milli Seçim turunun 6-cı həftəsi start götürüb. Bu dəfə Azərbaycanı 2012-ci ildə "Evrovision" Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti «9-luq» 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq.

Bu həftənin iştirakçıları Habil Əhmədov, Orxan Əfəndi, Ramilə Muradova, Elgiz Məmmədov, Adil Baxışlı, Bəxtiyar Qasımov, Cahangir Qasımzadə, Vlada Axundovadır. İştirakçılardan Səbinə Babayeva isə üzrlü səbəbə görə bu həftə müsabiqədə iştirak etmir.  
Həftənin qalibi şənbə günü elan olunacaq. Avropanın ən nüfuzlu mahnı müsabiqəsində ölkə təmsilçiliyinə namizədlər milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Qeyd edək ki, seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi «Evrovision» Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.  

İndiyədək 5 yarımfinalçı seçilib...

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal