Modern.az

Məşhur kahin Barak Obamanın seçkiləri uduzacağını söylədi

Məşhur kahin Barak Obamanın seçkiləri uduzacağını söylədi

Təhsil

4 Yanvar 2012, 17:57

Məşhur meksikalı kahin Antonio Vaskes 2012-ci illə bağlı bir sıra proqnozlar verib. O, 2012-ci ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində Ağ Evin indiki başçısı Barak Obamanın uduzacağını bildirib.

Meksikanın cənub-şərqindəki Katemak şəhərindəki məşhur cadugərlik ənənəsinin lideri olan, "böyük kahin" adlandırılan Vaskes paytaxt Meksikoda təşkil etdiyi mətbuat konfransında "Obamanın uduzacağını hiss edirəm. ABŞ-da bütün sərmayəni əlində tutan Respublikaçılardır. Bundan istifadə edərək Obamaya səhvlərə yol verməsi üçün böyük təzyiqlər edəcəklər" deyib.

25 ildir yeni il təxminlərini açıqlayan Antonio Vaskes Suriyanın işğal ediləcəyinə dair də proqnozunu açıqlayıb, amma bu ölkəni kimin işğal edəcəyini söyləməyib.

Vaskes "Suriyada İraq və Koreyadakından daha çox problem görürəm. Suriya İslam dünyasına, Avropa və ABŞ-a qarşıdır. İşğal və daha çox ölümlər, ölümlər, ölümlər ola bilər" deyə vurğulayıb.

Gələcəyə Tarot kartlarını açmaqla baxan məşhur kahin Vaskes onu da deyib ki, Latın Amerikasında iki ölkə liderinə xərçəng diaqnozu qoyulacaq, hazırda xərçəngdən əziyyət çəkən Venesuela prezidenti Uqo Çavesin isə vəziyyəti  pisləşəcək.

Argentina prezidenti Kristina Fernandes, Braziliya prezidenti Dilma Rousseff, Brazilyanın eks-prezidenti Luis Inacio Lula da Silva və Paraguay prezidenti Fernando Lugoya son illərdə xərçəng diaqnozu qoyulduğu bildirilirdi.

Antonio Vaskesin iddialarının doğru çıxma ehtimalının yüzdə 80 ətrafında olduğu ifadə edilir. Vaskes keçən il avro böhranının olacağını düz bilməsinə baxmayaraq, bir Latın Amerikalı liderin sui-qəsdə qurban gedəcəyinə dair səhv proqnoz vermişdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal