Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, bölgədə sünni-şiələr arasında gərginliyin artırılması bütün region üçün “özünəqəsd olacaq”. Modern.az agentliyə istinadən bildirir ki, Davudoğlu bu açıqlamanı İrana səfəri ərəfəsində verib.
“İcazə verin açıq danışım: Bir neçə elementlər var ki, regionda bu yöndə “soyuq müharibə”yə başlamağa hazırdırlar”-deyən Davudoğlu vurğulayıb ki, Türkiyə Yaxın Şərqdə belə tip “soyuq müharibənin” qarşısını qətiyyətlə alacaq.