Modern.az

Prokuror Hüsnü Mübarəkin edam edilməsini istədi

Prokuror Hüsnü Mübarəkin edam edilməsini istədi

Təhsil

5 Yanvar 2012, 17:25


Qahirədə Misirin devrilmiş prezidenti Hüsnü Mübarək, iki oğlu, sabiq daxili işlər naziri Həbib əl-Ədli və onun altı müavininin işi üzrə növbəti məhkəmə prosesi bu gün də davam edir. 83 yaşlı Hüsnü Mübarəkin məhkəməsi Polis Akademiyasında davam etdirlib.
Modern.az xarici mətbuata istinadən bildirir ki, akademiyanın qarşısına Hüsnü Mübarəkin tərəfdarları ilə yanaşı, onun cəzalandırılmasını tələb edən yüzlərlə insan toplaşıb.
Hökumət əleyhinə nümayişlərdə etirazçılara atəş açılması və korrupsiya ittihamları üzrə məhkəmə prosesi 3 aylıq fasilədən sonra ötən həftə bərpa edilib.
Bugünkü məhkəmədə Misirin Baş prokuroru Mustafa Süleyman sabiq prezidentə edam cəzası verilməsini istəyib. Prokuror eyni zamanda Mübarəkin iki oğlu və sabiq daxili işlər nazirinə də edam qırarı çıxarılmasını məhkəmədən xahiş edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal