Modern.az

Bakının 6 rayonuna içməli su verilməsində fasilə yaranacaq

Bakının 6 rayonuna içməli su verilməsində fasilə yaranacaq

Təhsil

7 Yanvar 2012, 12:31

Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələrə uyğun olaraq yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesi aparılır. Paytaxtın şərq hissəsində yerləşən “+ 69 Şərq” su anbarında yeni xətlərin şəbəkəyə qoşulması, həmçinin Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya içməli su nəql edən kəmərdə aparılan təmir işləri ilə əlaqədar Bakının Qaradağ, Binəqədi, Nizami, Suraxanı  və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılıb. Bununla əlaqədar 7-8 yanvar 2012-ci il tarixlərində həmin ərazilərə içməli su fasilələrlə veriləcək. Bu barədə Modern.az-a “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət Bayraq Meydanı ərazisində aparılan tikinti işləri ilə əlaqədar buradan keçən 500 mm-lik magistral su kəməri başqa əraziyə köçürülür. Bununla əlaqədar yanvarın 7-də Səbail rayonunun bəzi hissələrinə (Z.Əliyeva, Ü.Hacıbəyov küçələri, Neftçilər prospekti, Bayıl qəsəbəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərdən üzr istəyir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal