Respublika Baş Dövlət Yol Polisi İdarəsi 2011-ci ildə ölkə ərazisində baş verən yol qəzalarının statistikasını açıqlayıb.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, ötən il respublikada 2890 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 1016 nəfər ölüb, 3031 nəfər isə xəsarət alıb. Respublikada baş verən yol qəzalarının 1175-i Bakı şəhərində törədilib. Həmin qəzalarda 371 nəfər ölüb, 1176 nəfər xəsarət alıb.
K. Əliyev respublikada baş verən yol qəzalarının təxminən 40 faizinin piyadaların vurulması ilə bağlı olduğunu qeyd edib.
Modern.az