Modern.az

“Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına məktub göndərib”

“Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına məktub göndərib”

Təhsil

17 Yanvar 2012, 17:16

“Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına (AŞ) məktub göndərib və qurumun rəhbərliyinə bununla bağlı Azərbaycanın mövqeyi çatdırılıb”. Modern.az-ın məlumatına görə, bunu Mili Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. O qeyd edib ki, Azərbaycan bu məsələdə AŞ ilə konstruktiv əməkdaşlıq etməyə hazırdır.
“Bu problemi yalnız Azərbaycanda deyil, AŞ-yə daxil olan digər ölkələrdə də araşdırmaq lazımdır"-deyə, o, bildirib. Seyidov qeyd edib ki, siyasi məhbusları yalnız Azərbaycanda axtarmaq uğursuzdur. Komitə sədri bu gün bütün Avropa üçün problem olan insan haqları məsələsini Azərbaycanda axtarmağın qəribə olduğunu bildirib.

"Biz bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik və bundan sonra da bildirəcəyik. Biz hər zaman insan haqlarını alətə çevirib Azərbaycana təzyiq göstərmək məsələsinin əleyhinə çıxmışıq və bundan sonra da çıxacağıq. Heç kim insan haqlarını alverə çevirib təzyiq vasitəsi kimi istifadə edə bilməz"-deyə,S. Seyidov sonda sözlərinə əlavə edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal