Bu gün Fransanın Azərbaycandakı səfiti Xarici İşlər Nazirliyinə çağrılıb.
Səfir Qabriel Keller xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.
Səfirə Fransa Senatında uydurma “erməni soyqırımı” ilə bağlı layihənin müzakirəyə çıxarılması ilə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığı çatdırılıb.
XİN-in mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, X. Xələfov Fransa səfirinə 23 yanvar 2012-ci ildə Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edib və belə qanun layihəsinin qəbul edilməsinin regional proseslərə mənfi təsir göstərə biləcəyini diqqətə çatdırıb.
Səfir Fransanın Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar olduğunu qeyd edib və Azərbaycan tərəfinin mövqeyini Fransa hökumətinə çatdıracağını bildirib.
Modern.az