Modern.az

“The Times” qəzeti 2012-ci ilin ən nüfuzlu şəxslərinin siyahısını hazırlayıb

“The Times” qəzeti 2012-ci ilin ən nüfuzlu şəxslərinin siyahısını hazırlayıb

20 Yanvar 2012, 23:08

Böyük Britaniyanın nüfuzlu «Times» qəzeti 2012-ci ildə ən məşhur və nüfuzlu  olacaq 100 nəfərin siyahısını hazırlayıb. Siyahıda ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, İngiltərə kraliçası II Yelizaveta ilə yanaşı Azərbayvan prezident İlham Əliyevin də adı var.  
Qəzetin yazdığına görə, dövlət başçısı İlham Əliyev Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu təsdiqləyir və Böyük Britaniya bunu hiss edir. Bakıda ticarət mərkəzləri və 5 ulduzlu otellər çoxalır. “The Times”ın məqaləsində deyilir ki, Bakının inkişafı onu “Xəzər sahilində Dubay” adlandırmağa əsas verir. “The Times” yazır ki, bu yaxınlarda Londonda Azərbaycan restoranı açılıb və “Baku” jurnalının ingilis dilində versiyası nəşr edilməyə başlayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal