Modern.az

Türklər və ermənilər eyni vaxtda, eyni yerə nümayiş təyin etdilər

Türklər və ermənilər eyni vaxtda, eyni yerə nümayiş təyin etdilər

21 Yanvar 2012, 13:26


Yanvarın 21-də etiraz aksiyası keçirmək üçün Parisə Avropanın dörd bir tərəfindən Türk kökənli immiqrant işçilər gəlib. Məqsəd 1915-ci il hadisələriylə əlaqədar erməni iddialarının inkarını cinayət sayan qanun layihəsinin Fransa Senatında rədd edilməsinə nail olmaq üçün etiraz aksiyasına qatılmaqdır.

Modern.az “Sabah” qəzetinə istinadən bildirir ki, Fransa Türk dərnəkləri koordinasiya komitəsinin rəhbəri Hikmət Türk bu günki nümayişə Fransa xaricindən, Avropadan da çox sayda Türk vətəndaşının qatılacağını söyləyib. O, Parisdəki nümayişə ən az 35 min adamın qatılmasını gözlədiklərini deyib.  

Hikmət Türk ''Almaniyadan 75, Hollandiyadan 50, Belçikadan 40 və İngiltərədən 15 avtobus dolusu Türk gələcək. Fransanın digər şəhərlərindən gələn Türklərlə birlikdə cəmi 506 avtobusun paytaxt Parisə çatması gözlənilir” deyib.   Sürətli qatarla və öz vasitələriylə də çox sayda Türk vətəndaşının etiraz nümayişinə qatılacağını xatırladan Hikmət Türk ''ən azı 35 min adamın Parisə çatmasını gözləyirik'' söyləyib. 

Denfert Rochereau meydanında yerli vaxtla saat 12-də başlayacaq nümayiş Senat binası qarşısında axşam saat 17-də sona çatacaq.  

Senatın qanun layihəsini 23 yanvarda müzakirəyə çıxaracağını nəzərə alan aksiya təşkilatçıları həmin günə də nümayiş təyin edib. 

Aksiyada qanun layihəsinin ''ifadə azadlığına və Fransız Konstitusiyasına zidd olduğu'' vurğulanacaq və fransız parlamentindən ''tarixin parlamentlər tərəfindən deyil, tarixçilər tərəfindən yazılması lazım olduğunu'' müdafiə edən hesabatına diqqət yetirmək tələb olunacaq.

Bu arada məlum olub ki, qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsinin 23 yanvarda müzakirəyə çıxarılacağını nəzərə alan ermnəilərin də həmin gün Fransa Senatı qarşısına nümayiş keçirəcəyi gözlənilir. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal