Yanvarın 21-də REAL hərəkatının İdarə Heyətinin iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda REAL Hərəkatının Məclisinin təsis olunması haqqında qərar qəbul edilib. Qərara əsasən ictimai çəkiyə, nüfuza malik insanlar Məclisə dəvət olunacaqlar. Məclisin ilk iclasının mart ayında keçirilməsi qərarlaşdırılıb.
REAL Hərəkatı İdarə Heyəti üzvləri tanınmış tarixçi alim Altay Göyüşovun İradə Heyətinə üzv qəbul edilməsi məsələsini müzakirə edərək, yekdilliklə bu qərarın lehinə səs verdilər. Altay Göyüşov bu gündən etibarən REAL Hərəkatı İdarə Heyətinin üzvüdür.
Modern.az