Deputatın növbəti sorağı bu dəfə də İsmayıllı rayonunun seçiciləri ilə görüşdən gəldi. Yanvarın 19-da İsmayıllı rayonuna səfər edən Novruz Aslanov onun hər həftənin dördüncü günü yolunu gözləyən seçicilərini qəbul edib. Bu, deputatın yanvar ayında seçiciləri ilə keçirdiyi 2-ci görüşüdür.
N.Azslanovun qərargahından verilən məlumata görə, qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən torpaq islahatları barədə, fərdi məişət problemləri və sosial sahəni əhatə edən məsələlər olub. Bəzi məsələlər barədə deputat müvafiq qurumlara müraciət edəcəyini bildirib.
Qəbula gələn sakinlər də öz növbəsində onları hər həftə qəbul edərək göstərilən diqqətə görə millət vəkilinə təşəkkür ediblər.