Goranboy rayonunun Qaraçinar kəndi ərazisindəki meşə zolağında iki nəfər minalanmış sahəyə düşüblər.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, yanvarın 23-də Goranboy rayonunun Qaraçinar kəndi ərazisindəki meşə zolağında, Şəfəq kənd sakini Qəmbər Abbasov və Kəlbəcər rayon sakini Məmməd Vəliyev minalanmış sahəyə düşüblər. Baş vermiş partlayışdan xəsarət alan Q.Abbasov və M.Vəliyev xəstəxanaya yerlşədirilib, vəziyyətləri orta-ağırdır.
Modern.az