Modern.az

Azərbaycanın hər yerində şaxtalı hava hökm sürür - PROQNOZ

Azərbaycanın hər yerində şaxtalı hava hökm sürür - PROQNOZ

24 Yanvar 2012, 12:19

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında günün ikinci yarısı yağmursuz keçəcək. Temperaturun gecə 0°-yə yaxın, gündüz 2-5° isti olacağı gözlənilir.
Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacağı gözlənilir.  Atmosfer təzyiqi 767 millimetr civə sütunu təşkil edəcək. nisbi rütubət 75-85 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-7° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 17-22° şaxta olacağı gözlənilir.

 Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman olacaq.
Temperaturun gecə 0-2° isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 24-dən 26-dək Abşeron yarımadasında soyuq və rütubətli diskomfort şəraitə baxmayaraq meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal