Modern.az

Məşhur informasiya agentliyinin rəhbəri istefa verib

Məşhur informasiya agentliyinin rəhbəri istefa verib

24 Yanvar 2012, 12:43

«Assoşeyted Press» Tom Kerlinin yerinə namizəd axtarır

«Assoşeyted Press» agentliyinin prezidenti və icraçı direktoru Tom Kerli ilin sonunadək vəzifəsindən gedəcək. Modern.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, bu haqda agentliyin press-relizində məlumat verilib. Agentliyin direktorlar şurası artıq yeni rəhbərin axtarışlarına başlayıb. 64 yaşlı Kerli yerinə namizəd tapılan kimi istefaya gedəcək.

“Assoşeyted Press” 1846-cı ildə yaradılıb. Kerli agentliyə 2003-cü ildən rəhbərlik edir və sayca 12-ci prezidentdir. Kerli buna qədər USA Today-ın prezidenti olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal