Modern.az xəbər verir ki, bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda “Bələdiyyələrin hesabatı haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Qalib Salahzadə bələdiyyələrin problemlərinə toxunub. O buna konkret olaraq Maştağa ərazisini misal çəkib.
“Bu gün Maştağa ərasizinin 75 faizi bələdiyyələrə aid deyil, yalnız 25 faizi bələdiyyələrə aiddir. 75 faizi hər il vergidən kənarda qalıb, burada vergi verilmir”.
Deputat ümumiyyətlə bələdiyyələrin torpaqlarla bağlı hərrac keçirilməməsi probleminə də diqqət çəkib. “Bu gün Bakıda 11 rayon var. Yalnız Xəzər rayonundan başqa qalanlarda torpaqların necə verilməsi məlum deyil. Ona görə də mən hesab edirəm ki, biz bu məsələləri həll etməliyik”.
Modern.az