Fransa Senatının dünən gecə qəbul etdiyi qondarma “erməni soyqırımı”na görə cinayət təqibi qanunu ilə bağlı Paris rəsmi mövqeyini açıqlayıb. Modern.az bildirir ki, Fransanın xarici işlər naziri Alan Jüpe Türkiyəni “soyuqqanlı olmağa” çağırıb.
“Mən Türkiyəni səbirli olmağa çağırıram. Türkiyədə çoxlu fransız müəssisələri var. Bizi çox mühüm ticarət və iqtisadi münasibətlər bağlayır”-deyə Jüpe bəyan edib.
Xarici işlər naziri bununla yanaşı qeyd edib ki, “Senatın bu qərarı zamanında qəbul edilməyib və vaxtsız qəbul edilib”.