Modern.az

Müxlifətçilərin saxlandığı 14 saylı “kolon”da monitorinq aparılacaq

Müxlifətçilərin saxlandığı 14 saylı “kolon”da monitorinq aparılacaq

24 Yanvar 2012, 14:36

Ədliyyə Nazirliyi “2 aprel” məhbuslarının şikayətinə reaksiya verdi

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvləri sabah 14 saylı cəzaçəkmə müəssəində monitorinq aparacaq. Bu barədə Modern.az-a məlumat daxil olub. İctimai Komitənin  üzvləri bu müəssədə cəza çəkən məhbusları təkbətək qəbul edəcək, şikayətlərini dinləyəcək, məhbusların saxlanma şəraiti ilə tanış olacaqlar.

Xatırladaq ki, bu cəzaçəkmə müəssisəsində “2 aprel işi” ilə əlaqadar həbs edilmiş Müsavat partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı, onun müavini  Əhəd Məmmədli və Harvard Unversiteinin məzmunu, hərbi xidmətdən yayınmaq ittihamı ilə cəza kəsilmiş Bəxtiyar Hacıyev saxlanılır.  

Tural Abbaslı dünən  KİV-ə göndərdiyi mesajda həbsxana şəraitinidən narazılıq edib. Onun anası Baxşxanım Abbasova 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan oğlu, vicdan məhbusu Tural Abbaslıya baş çəkərkən bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində dəhşətli sıxlıq yaranıb.
“Əvvəllər Turalgilin saxlandığı həbsxanada 600 nəfər dustaq var idisə, indi məhbusların sayı 800-ə çatıb. Onlara su da verilmir. Məhbuslar iki həftədir çimə bilmirlər. Biz içməli suyu şəhərdən alıb aparırıq”.

B.Abbasova bildirib ki, həbsxanada inanclı məhbusların namaz qılmasına məhdudiyyətlər qoyulub:
“Ancaq Turala, Əhəd Məmmədliyə və Bəxtiyar Hacıyevə gündə üç dəfə namaz qılmağa imkan verilir. Başqa məhbuslar namaz qıla bilmirlər. Amma onlar gün ərzində beş dəfə namaz qılmalı olduqlarını deyirlər”.

B.Abbasova deyib ki, cəzaçəkmə müəssisəsinin rəis əvəzi Nazim Kəngərli Tural Abbaslının və Əhəd Məmmədlinin həbsxanadan məktub göndərməsinə imkan vermir.
T.Abbaslı həbsxanadakı şəraitsizliyi və qanunsuzluqları görmələri üçün ədliyyə naziri Fikrət Məmmədovu və Penitensiar Xidmətin rəisi Mədəd Quliyevi 14 saylı cəzaçəkmə müəssisəsinə dəvət edib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal