Modern.az

"Fransa ilə əlaqələrə yenidən baxılmalıdır"

"Fransa ilə əlaqələrə yenidən baxılmalıdır"

24 Yanvar 2012, 14:47

Qüdrət Həsənquliyev: "Azərbaycan dərhal Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün müvafiq qərarlar qəbul etməlidir"

"Fransa Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Qafqazda düşmənçiliyin və qarşıdurmanın gücləndirilməsinə xidmət edir".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib.

BAXCP sədri bildirib ki, Azərbaycan və Türkiyənin kəskin etirazlarına baxmayaraq, belə bir qanunun qəbul edilməsi onu göstərir ki, Rusiya və İrandan sonra daha bir dövlət öz maraqları naminə Ermənistandan alət kimi istifadə etmək niyyətindədir: "Bu qanunun qəbul edilməsilə Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki vasitəçilik missiyası başa vurub. Fransa vasitəçi kimi ona verilən mandat üzərindəki hüquqi və mənəvi haqqını itirib. Buna görə də, Azərbaycan dərhal Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün müvafiq qərarlar qəbul etməli, Fransa ilə bütün istiqamətlərdə əlaqələrinə yenidən baxmalıdır. Azərbaycan, eyni zamanda BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransa Senatının qəbul etdiyi qanunun insan hüquq və azadlıqlarının təməl prinsiplərinə, düşüncə və söz azadlığına zidd olduğunu əsas götürərək, beynəlxalq birliyi bu qanunun ləğvi üçün hərəkətə keçməyə çağırmalıdır".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal