Modern.az

İki siyasi partiya Azərbaycan hakimiyyətinə təklif verdi

İki siyasi partiya Azərbaycan hakimiyyətinə təklif verdi

24 Yanvar 2012, 15:38

AMİP Siyasi Şurasının buпцтлц növbədənkənar iclasında Fransa Senatında qəbul olunan qanun müzakirə mövzusu olub. Siyasi Şurası bununla bağlı bəyanat qəbul edib. Bəyanatda Türk millətinin tarixdə heç bir millətə qarşı soyqırımı tətbiq etmədiyi vurğulanmaqla, qəbul olunmuş qanun seçkilər ərəfəsində Fransada yaşayan ermənilərin səsini qazanmaq üçün Sarkozi hakimiyyəti tərəfindən aparılan saxtakarlıq və riyakarlıq oyunu kimi qiymətləndirilib.

«Bu qanunun qəbulu ilə Fransa Dağlıq Qarabağ probleminin həllində hansı mövqedən çıxış etdiyini, ATƏT-in Minsk Qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərib»-deyə AMİP-in bəyanatında bildirilib.
AMİP Azərbaycan hakimiyətinə müraciət ünvanlayaraq aşağıdakılarla bağlı konkret addımlar atılmasını tələb edib:

1.      Türkiyə-Azərbaycan Yüksək Strateji Əməkdaşlıq Şurasının toplantısı çağrılsın.
2.      Fransanın ATƏT-in Mins qrupu çərçivəsində vasitəçiliyindən imtina edilsin.
3.      Fransa şirkətlərinin Azərbaycanda keçiriləcək tenderlərdə iştirakına qadağa qoyulsun.
4.      Neft kontraktlarında Fransa şirkəti ollan TOTAL-ın iştirakına yenidən baxılsın.
5.     Qəbul olunmuş qanunun ləğvi üçün beynəlxalq hüququn imkan verdiyi bütün vasitələrdən istifadə olunmaqla Beynəlxalq Məhkəmələrə müraciət olunsun.

***

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də bu məsələyə dair bəyanatla çıxış edib.  “Fransa Senatında təmsil olunan bu ölkənin aparıcı siyasi qüvvələri dünyaya bir daha nümayiş etdirdilər ki, onlar üçün dar siyasi maraqlar həqiqət və ədalətin fövqündə dayanır. Bütün hallarda uzun müddətdir, ətrafında davamlı polemikaların aparıldığı bir mövzuya nöqtə qoyulduğu nəzərə alınmalı və artıq əsas diqqətimiz Fransa Senatının erməni təəssübkeşliyindən irəli gələn qərarına cavab olaraq atacağımız kompleks addımlara yönəlməlidir”-deyə Əli Əliyevin bəyanatında qeyd edilib.

VİP sədri bəyan edib ki, Azərbaycan hakimiyətinin bu istiqamətdə atmalı olduğu addımlarla əlaqədar  təkliflər versələr də, təəssüf ki, Fransanın məlum təşəbbüsünün davamında rəsmi Parislə adekvat davranmalı olan Azərbaycan hakimiyyəti deklorativ fəaliyyətə üstünlük verməklə öz vəzifəsini bitmiş hesab etdi.

“...Bakı Ankaranın yanında olmağa cəsarət etmir və ya buna can atmır. Bu, Türkiyə ilə münasibətlərdə “Bir millət, iki dövlət” prinsipinin rəhbər tutulduğunu bəyan edən Azərbaycan hakimiyyəti üçün utancgətirici bir haldır. Hər kəs bilməlidir ki, Türkiyəyə yönələn təzyiqlərin digər tərəfi məhz Azərbaycandır və həmin basqılar yalnız birgə səylər nəticəsində dəf oluna bilər. O baxımdan, Azərbaycan hakimiyyətinin qeyd olunan məsələdə daha çevik və qətiyyətli addımlar atması lazımdır.

 Bu məqsədlə Vətəndaş və İnkiaf Partiyasının (VİP) sədri olaraq, Azərbaycanın dövlət başçısı İlham Əliyevə səslənərək, Fransa Senatının məlum qərarından sonra bu ölkə ilə münasibətlərə və siyasi-iqtisadi əlaqələrə yenidən baxılması, Fransanın ATƏT-in Minsk Qrupundan kənarlaşdırılması və bu çərçivədə qardaş Türkiyə ilə birgə fəaliyyətin təmin olunmasına istiqamətlənmiş təcili addımlar atmağa çağırıram”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal