Fransa prezidenti ermənilərin səslərinin də onu seçkidə məğlubiyyətdən xilas etməyəcəyini deyib
Fransa Senatında qəbul edilən uydurma “erməni soyqırımı”nı inkar edənlərin çəzalandırılmasını nəzərdə tutan qanunun pərdə arxasındakı memarı prezident Nikolas Sarkozi bu ölkədə yaşayan ermənilərin səslərinin də onun prezident seçkisindəki qələbəsinə yetərli olmayacağını etiraf edib. Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, Sarkozi sevilən prezident olmaq istədiyini vurğulayıb. Aprel ayında keçiriləcək seçkilərdə Sosialist Partiyasının namizədi François Hollande ilə yarışacaq Sarkozi ilk dəfə yenildiyindən bəhs edib. Ərtafındakılara sorğu anketlərində geriyə düşdüyünü və seçkiləri uduzma riski olduğunu gizlətməyib: “Siyasi karyerimin sonuna gəlməsinə qarşıyam. Seçkilərdə uduzaramsa? siyasətdən gedəcəyəm. Daha rahat bir həyat istəyirəm. Mən bir vəkiləm və ofisim hər zaman açıqdır. Amma məndən çox xəbər almayacaqsınız. Tamamilə fərqli bir həyat yaşayacağam”.