Modern.az

Azərbaycanın cəbhə xəttində yenə monitorinq keçiriləcək

Azərbaycanın cəbhə xəttində yenə monitorinq keçiriləcək

25 Yanvar 2012, 11:38

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 26-da Azərbaycan Respublikasının Tərtər rayonunun Qızıloba kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu məlumat verib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər.

Nazirliyin digər məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 24-də saat 20.30-dan 20.45-dək və 23.30-dan 23.35-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;

- yanvarın 25-də saat 04.45-dən 05.00-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal