Modern.az

Deputat: “Fransa prezidenti türklər əleyhinə siyasətini davam etdirir”

Deputat: “Fransa prezidenti türklər əleyhinə siyasətini davam etdirir”

25 Yanvar 2012, 16:05

Tahir Rzayev: “Senatda qəbul olunan qanun siyasi əxlaqsızlıq nümunəsidir”

“Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbulu Türkiyə ilə yanaşı Azərbaycana da olan münasibətin göstəricisidir”. Bu sözləri Modern.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib: “Bir millətin iki dövləti olan Türkiyə ilə Azərbaycan həmişəki kimi bir yerdə olacaq, düşmənə qarşı birgə mübarizə aparacaq”.

Deputatın fikrincə, bu qanunun qəbulu Fransa prezidenti Sarkozinin hakimiyyətə gəldiyi gündən  həyata keçirdiyi anti-türk siyasətinin bəhrəsidi: “Bu siyasətin kökündə bütün türk dünyasına kəskin etiraz, nifrət, ədalətsizlik və hörmətsizlik durur. Sarkozi Türkiyəyə münasibətdə dəfələrlə bunu büruzə verib. Türkiyənin Avropa Birliyinə qəbulunu əngəlləyib, türklərə olan nifrətini ifadə etməkdən belə çəkinməyib. Sarkozi Azərbaycana münasibətdə də belədir. Əgər əksinə olsaydı, heç olmasa bir dəfə Xocalı soyqırmını yada salardı, ATƏT-in Minsk qrupundakı həmsədir ölkənin rəhbəri kimi Azərbaycanın həqiqətlərindən danışardı, Dağlıq Qarabağ probleminin həllinə ciddi təşəbbüslər göstərərdi”.

Tahir Rzayev deyib ki, Fransa prezidenti faciələrə məruz qalanları unutmasaydı, ilk növbədə fransızların 1961-ci il noyabr ayında yüz minlərlərıə əlcəzairlini hansı vəhşiliklə qətlə yetirdiklərini xatırlayar, Fransanın müstəmləkəçilik tarixini vərəqləyər və bu siyasətin milyonlarla qurbanının qarşısında baş əyər, öz xalqının səhvlərini etiraf  edərdi: “Senatda qəbul olunan bu qanun isə Fransa diplomatiyası üçün qara bir ləkədi. Bu qanun təkcə türklərə yox, ilk növbədə fransızların özlərinə hörmətsizlik və təhqirdir. Heç bir real fakta arxalanmayan uydurma və böhtanlardan ibarət olan, Türkiyə tarixini inkar edən və şübhə altında qoyan, insanların özünü müdafiə hüququnu və aşkarlığı təmin etmə haqqını əlindən alan bu qanun siyasi alverçilikdi. Bu qanun, əslində Fransanın demokratik imicinə ağır bir zərbə vuracaq sənəddir.  Həmin sənəd fransızlara və ölkə diplomatiyası üçün ağır nəticələr verəcək.  Çünki saxta bir tarixə hüquqi don geyindirib, bunu insanlara zorla qəbul etdirmək siyasi riyakarlıq və cinayətdi. Bu addım insan hüquqlarını  və azadlıqlarını zorla pozmaq, azad fikrə qarşı çıxmaq, olmayan həqiqətlərə həqiqət donu geyindirmək cəhdidir. Bu səbəbdən Fransa prezidenti, senatorlar və qanunun qəbuluna nail olan digərləri tarixdə həmişə ədalətsiz, əqidəsiz, ikiüzlü insanlar kimi xatırlanacaqlar”.

Deputatın sözlərinə görə, bu qanun Türkiyə ilə daimi dost və qardaş olan Azərbaycanın da mənafeyinə ziddi: “Çünki Fransa bu sənədlə həm də Minsk qurupunun həmsədri kimi öz mövqeyini ortaya qoydu, Ermənistanın tərəfdaşı olduğunu bir daha göstərdi. Qarabaq münaqişəsinin həllində Fransa dövlətinin tutduğu ikiüzlü, Azərbaycan həqiqətlərini əks etdirməyən mövqeyi bizə məlum olsa da, ancaq bu dövlətin hakim dairələrinin bu qədər ədalətsiz olduğunu təsəvvür etmirdik. Ona görə Fransanın Minsk qurpunun həmsədri kimi Azərbaycanı dəstəkləyəcəyinə heç bir ümid yoxdur”.

T.Rzayev qeyd edib ki, Fransa həmsədirlikdən tezliklə uzaqlaşdırılmalıdı.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal