Modern.az

Azərbaycanın beyin mərkəzi hesabat verdi

Azərbaycanın beyin mərkəzi hesabat verdi

26 Yanvar 2012, 10:54

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi elmi-tədqiqat və elmi təşkilati istiqamətlər üzrə çoxşaxəli fəaliyyət həyata keçirib, daxili və xarici siyasət, iqtisadiyyat və qloballaşma sahələri üzrə elmi-tədqiqat layihələrini, analitik-informasiya fəaliyyətini və mühüm  əhəmiyyətli elmi-təşkilati tədbirləri reallaşdırıb.

Bu barədə Mərkəzin hesabatında qeyd olunub. Bildirilib ki, mərkəzin 2011-ci ildəki fəaliyyəti ötən illərlə müqayisədə istər tədqiqat, istərsə də təşkilatçılıq baxımından yeniliklərin tətbiqi və çoxşaxəliyi ilə fərqlənib. Yeniliklərə misal olaraq: Cənubi Qafqazda ilk beynəlxalq akademik "Caucasus İnternational " jurnalının  təsis və nəşr edilməsini, Türkiyə, Rusiya, İtaliya, Argentina, Yunanıstan və Polşanın aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq haqqında memorandum və sazişlərin imzalanmasını, xarici KİV təmsilçilərinin Azərbaycana silsilə səfərlərinin təşkil edilməsinı;  milli müzakirələrin, eləcə də, konfrans və dəyirmi masaların canlı Twitter konfransı formatında təşkilini, dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar olaraq ölkədə və xaricdə təhsil alan tələbələr arasında analitik məqalə müsabiqəsinin keçirilməsinı, respublikanın dinamik sosial-iqtisadi  inkişaf göstəricilərini əyani əks etdirən multimedia vəsaitlərinin hazırlanmasını, xarici beyin mərkəzlərinin nümayəndələri ilə birgə nəşrlərin çap edilməsini və s. qeyd etmək olar.

Mərkəzdə elmi-tədqiqat fəaliyyəti istiqamətində:Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sosial psixoloji ölçülər”, “Ermənistanda 2011-ci ildə cərəyan edən ictimai-siyasi proseslər və gələcək inkişafına dair mülahizələr”,Azərbaycanda islam”, Azərbaycanda orta təbəqə: sosial, siyasi və iqtisadi aspektlər”, “20 il ərzində Rusiya-Azərbaycan münasibətləri: tarix və perspektivlər, “Azərbaycan Türkiyə əlaqələri son 20 ildə”, “Azərbaycan – Avropa iddialı ölkə” araşdırmalar, eləcə də digər tədqiqatlar aparılıb. 

SAM-ın fəaliyyətində prioritet istiqamətlərdən biri də Azərbaycanın sabit makroiqtisadi inkişafı, qlobal dünya iqtisadiyyatına inteqrasiyası, dövlətin enerji siyasətinin yeni strateji istiqamətləri, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı mövzularının araşdırılmasıdır. Bu istiqamətdə ilk dəfə olaraq, rus və ingilis dillərində multimedia texnologiyaları əsasında Azərbaycanın ölkə təqdimatı hazırlanıb.

2011-ci ildə Mərkəz tərəfindən bir sıra beynəlxalq və respublika miqyaslı elmi-təşkilati tədbirlər həyata keçirilib. Bunların sırasında “Yaxın Şərqdə dəyişən güc balansı”,Barak Obama Administrasiyası və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi”,Kiber və milli təhlükəsizlik”,Aralıq dənizində təhlükəsizlik balansı”,Xəzər enerjisinin Avropa perspektivləri”, eləcə də ölkənin elmi ictimaiyyətinin diqqətini  cəlb edən “Qloballaşma, milli ideya və Azərbaycan”, “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid”, “Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda təşkil edilmiş tədbir və konfransların adlarını qeyd etmək olar.

Mərkəzin analitik-informasiya fəaliyyəti hesabat ilində xüsusi prioritet təşkil edib, çoxşaxəli mövzular əhatə edilməklə müxtəlif- Azərbaycan, rus və ingilis dillərində daimi dərc olunan məqalə və araşdırmalar artıq ölkədə və xaricdə kifayət  qədər tanınan dövri  nəşrlərdə- "SAM-ın icmalı", "SAM-ın şərhləri" məcmuələrində,  "Strateji Təhlil" Cənubi Qafqazın ilk beynəlxalq akademik  nəşri olan – Caucasus İnternational jurnallarında öz əksini tapıb. 

 Görülən işlərin statistik mənzərəsinə gəldikdə isə, 2011-ci ildə  Mərkəz tərəfindən ümumilikdə 20 elmi-tədqiqat layihəsi həyata keçirilib, əksəriyyəti xarici dildə olmaqla 182 elmi məqalə çap edilib, 108 hesabat və arayış hazırlanıb, mətbuatda və elektron mediada 38 müsahibə verilib. Mərkəzin əməkdaşları hesabat ilində beynəlxalq miqyaslı müxtəlif konfrans və tədbirlərdə əsas məruzəçi və iştirakçı kimi 65 xarici ezamiyyətdə olublar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal