Ədliyyə Naziri yanında fəaliyyət göstərən və Penitensiar Müəssisələrdə İctimai Nəzarəti həyata keçirən İctimai Komitənin üzvləri dünən 14 saylı CÇM-də monitorinq keçirib. İctimai Komitənin üzvü olan hüquq müdafiəçisi və millət vəkili Çingiz Qənizadənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə monitorinq zamanı komitə üzvləri, həm də çoxsaylı məhbusları onların xahişi ilə təkbətək qəbul edərək görüş keçiriblər. Həmin məhbusların arasında 2 aprel və digər hadisələrdə təqsirləndirilərək həbs olunan məhkumlar - Tural Abbaslı, Əhəd Məmmədov, Sahib Kərimov, Bəxtiyar Hacıyev, Şahin Həsənli, Azər Cəbiyev, Seymur Hüseynov və digərləri olub.
Məhbusların qaldırdıqları bəzi problemlərin həllinə yerində nail olmaq üçün İctimai Komitənin üzvləri 14 saylı CÇM-nin rəhbərliyi ilə danışıqlar aparmış və həmin problemlərin həllində ümumi razılığa gəliblər.
İctimai Komitə, eyni zamanda 14 saylı CÇM-də yaşanan və digər qurumlardan asılı olan su təchizatındakı problemlərin və məhbusların qaldırdıqları digər məsələlərin həll edilməsi ilə bağlı ‘dliyyə naziri cənab Fikrət Məmmədova yazılı məlumat verməyi də planlaşdırır.
Modern.az