Modern.az

“Azərsu”da yeni şöbə yaradıldı

“Azərsu”da yeni şöbə yaradıldı

26 Yanvar 2012, 17:58

İçməli su və kanalizasiya xidmətlərindən istifadə edən istehlakçıların müraciətlərinə operativ  baxılması və həlli məqsədilə “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin Bakı Sukanal İdarəsinin 11 rayon Departamentində Müştəri xidmətləri şöbəsi yaradılıb.
Yeni yaradılan şöbə həm əhali, həm də qeyri-əhali abunəçiləri ilə müqavilələrin bağlanması, onlardan daxil olan ərizə, şikayət və təkliflərin araşdırılması, yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması ilə məşğul olacaq. Abunəçilərdən daxil olmuş müraciətlərin hər biri Müştəri xidmətləri şöbəsində qeydiyyata alınacaq və araşdırmaların nəticələri barədə onlara məlumat veriləcək. Rayon Sukanal Departamentlərində Müştəri xidmətləri şöbəsinin yaradılması istehlakçılarla münasibətləri tənzimləməklə yanaşı mübahisələrin yerli səviyyədə operativ həllinə imkan verəcək.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a Müştəri xidmətləri şöbələrinin əlaqə telefonlarını təqdim ediblər:

Sabunçu                                             429-62-96

Suraxanı                                             477-90-47

Xəzər                                                  454-08-13

Nizami                                                511-74-63

Nəsimi                                                530-26-67

Səbail                                                 492-07-34

Yasamal                                              432-01-34

Xətai                                                   379-20-86

Nərimanov                                          562-64-88 

Binəqədi                                             555-13-65

Qaradağ                                              445-07-27

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal