Modern.az

Bayram Səfərov ATƏT rəsmisi ilə görüşündən danışdı

Bayram Səfərov ATƏT rəsmisi ilə görüşündən danışdı

27 Yanvar 2012, 23:02

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peydrek Mörfi Azərbaycana səfəri çərçivəsində “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri ilə görüşüb.

Bu barədə Modern.az saytına icmanın sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məlumat verib.

O, qeyd edib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin törətdiyi vəziyyət, Ermənistanın işğalı nəticəsində azərbaycanlıların doğma yurd-yuvalarından qovulması, problemin bölgənin inkişafına mənfi təsiri ilə bağlı Peydrek Mörfiyə məlumat verib: “Bölgədə azərbaycanlı icmasının məsələnin sülh yollu ilə həllinə, qaçqın və məcburi köçkünlərin tezliklə öz yurdlarına qayıtmasına tərəfdar olduğumuzu bildrirdim”.

Peydrek Mörfi məsələnin həllində təmsil etdiyi qurumun göstərdiyi səylər, bu yöndə qarşıya çıxan problemlərə dair fikirlərini söylədi və icmaların yaxınlaşması ilə bağlı təkliflərini söylədi.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal