Modern.az

"Eurovision-2012"nin biletləri ilə bağlı məlumat yayıldı

"Eurovision-2012"nin biletləri ilə bağlı məlumat yayıldı

28 Yanvar 2012, 14:47

Son günlər Facebook və digər sosial şəbəkələrdə, eləcə də İnternet saytlarında  Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi üçün biletlərin satışı ilə bağlı yanlış məlumatlar yayılır. "Eurovision" Mahnı Müsabiqəsinin İşçi Qrupundan verilən məlumata görə, may ayındakı şouya biletlər satışa çıxarılmayıb və bununla bağlı rəsmi məlumatlar, biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə ərzində  veriləcək.

"Eurovision" Mahnı Müsabiqəsinin İşçi Qrupu bir daha bildirir ki, digər sosial şəbəkələrdə və internet saytlarındakı informasiyaların heç bir əsası yoxdur və ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır.

Müsabiqə ilə bağlı bütün rəsmi məlumatları www.eurovision.tv, müsabiqənin rəsmi milli saytı www.eurovision.az və "Eurovision" İşçi Qrupunun Facebook və Twitterdəki //www.facebook.com/EurovisionSongContestBaku2012//twitter.com/ESC2012Official  rəsmi milli səhifələrindən əldə edə bilərsiniz.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal