Modern.az

29 yanvarın hava proqnozu - yollar buz bağlayacaq

29 yanvarın hava proqnozu - yollar buz bağlayacaq

29 Yanvar 2012, 12:45

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, günün ikinci yarısında qısa müddətə fasilə olacağı gözlənilir. Temperaturun gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir. Bakıda gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında - qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaqdır. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 6-11° şaxta, gündüz 1-6° şaxta, dağlarda gecə 13°-18° şaxta, gündüz 6-10° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Yollar buz bağlayacaq.   

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, gündüz yağıntılarda qısa fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə və gündüz 0-4° şaxta, dağlarda gecə 7-11° şaxta, gündüz 4-7° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal