Modern.az

Nərimanov rayonunda qaz kəsilib, məktəblərdə təhsil iflic oldu

Nərimanov rayonunda qaz kəsilib, məktəblərdə təhsil iflic oldu

30 Yanvar 2012, 10:02

Havaların qarlı-şaxtalı keçməsi Bakının şəhər təsərrüfatındakı problemləri yenidən üzə çıxardı. Bakının bəzi yerlərində iki gündür qazlar kəsilib, sakinlər çətinliklərlə qarşılaşıblar. Nərimanov rayonunun bəzi hissələrinə mavi yanacağın verilməməsi səbəbində məktəblərin də işi iflic olub. Qazla işləyən qazanxanaların dayanması Nərimanov rayonundakı təhsil müəssisələrinin istiliklə təmin olunmasını əngəl yaradıb.
Modern.az-ın məlumatına görə, yanvarın 30-da Nərimanov rayonundakı bəzi təhsil müəssisələrində səhər növbəsində oxuyan uşaqlar geri qaytarılıb. Məktəblərdə siniflərin soyuq olması təhsil ocaqlarının rəhbərliyini buna məcbur edib.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal