Modern.az

İsa Qəmbər M.Ə.Rəsulzadənin məzarını ziyarət edib

İsa Qəmbər M.Ə.Rəsulzadənin məzarını ziyarət edib

30 Yanvar 2012, 14:56

Türkiyədə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

Modern.az saytı “Yeni Müsavat” qəzetinə istinadən məlumat verir ki, İsa Qəmbər yanvarın 29-da Böyük Birlik Partiyasının qurultayında çıxış edib. O, Fransa Senatının “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etməsinə toxunub. Müsavat başqanı deyib ki, bu məsələdə Azərbaycan xalqı türk xalqının yanındadır, Azərbaycan hakimiyyəti də Türkiyə dövlətinin yanında olmalıdır.

İsa Qəmbər Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu məsələ ilə bağlı iclas keçirməsinin, birgə qərarlar qəbul edib icraya yönəltməsinin zəruri olduğunu vurğulayıb.

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal