Modern.az

Məlahət İbrahimzıqı: “Fransalı deputatlar Azərbaycana buraxılmasınlar”

Məlahət İbrahimzıqı: “Fransalı deputatlar Azərbaycana buraxılmasınlar”

1 Fevral 2012, 14:45

“Xocalı soyqırmı”nı tanıdığına görə, Milli Məclisin rəhbərliyi adından Meksika parlamentinə təşəkkür edilməlidir!”. Modern.az saytı xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən yaz sessiyasının ilk iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

Deputat eyni zamanda Fransa Senatında qondarma “erməni soqırmı”nı inkar edənlərin cəzalandırması təklifini də irəli sürüb. Onun sözlərinə görə, qanuna səs verən deputatların adları artıq məlumdu: “Biz Xarici İşlər Nazirliyinə (XİN) həmin deputatların adlarını verməli və tələb etməliyik ki, həmin deputatlar Azərbaycana buraxılmasın.

Milli Məclis sədrinin birinci müavini  Ziyafət Əsgərov isə təklifə münasibər bildirərkən deyib ki, biz də Fransa kimi qeyri-ciddi qanun qəbul etməli deyilik.

Deputat Fazil Mustafa son zamanlar Azərbaycanda körpə uşaqların küçəyə atılmasının adi hal almasından danışıb: “Hesab edirəm ki, bu məsələni qanunvericiliyə daxil edib həll etməliyik”.

Onun digər təklifi Azərbaycanla Türkiyənin birgə qanun qəbul etməsi ilə bağlı olub: “Bu, Fransa Senatının qəbul elədiyi qanuna alternativ olmalıdır ki, qondama“erməni soyqırmı”nı  tanıyanlar cinayətə cəlb olunsunlar. Hesab edirəm ki, bunu Azərbaycan parlamentinin rəhbəri ilə Türkiyə Böyük Millət Məclisinin rəhbəri danışmalı və ikisi birlikdə bu məsələni həll etməlidirlər. Tək Azərbaycan  qanun qəbul etməknən istənilən nəticəni əldə də bilməyəcək. Ona görə hesab edirəm ki, iki ölkə birlikdə bu qanunu qəbul etməli və adekvat addımlar atılmalıdı”.

Daha sonra deputat “Siyasi partiyalar haqqında” qanunnun qəbulu məsələsinə toxunub. F.Mustafa qeyd edib ki, hər sessiya öncəsi Milli Məclis rəhbərliyi bildirir ki, bu qanun layihəsi müzakirə olunacaq, ancaq iclaslar zamanı layihə müzakirəyə çıxarılmır. Bu da Mili Məclislə bağlı qeyri-ciddi bir imic yaradır”.

Fazil Mustafa deputat Zahid Orucun İrana qarşı sanksiyaların tətbiq olunması təklifinin əleyhinə olduğunu vurğulayıb: “Çünki İrana təziq edən ölkələr Azərbaycana dost olan ölkələr deyil”.

Zahid Oruc isə Azərbaycanın İranla iqtisadi və ticarət əlaqələrini kəsməsi ilə çıxış edib: “Hesab edirəm ki, əvvəlki vaxt deyil, bizim İranla ticari əlaqələrimizin olmasının o qədər də əhəmiyyəti yoxdur. Siyasi cəhətdən də bizim İrandan heç bir qorxumuz yoxdu”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal