Modern.az

Dağ rayonlarında vəziyyət necədir (ŞƏKİ)

Dağ rayonlarında vəziyyət necədir (ŞƏKİ)

2 Fevral 2012, 14:33

Azərbaycanı bürüyən qar və çovğunun dağ rayonlarında daha ciddi fəsadlar yaratması şübhəsizdir.

Modern.az dağ rayonlarında vəziyyəti öyrənmək üçün bu rayonların deputatları ilə əlaqə saxlayıb.

114 saylı Şəki kənd birinci seçki dairəsinin deputatı Əli Məsimli bildirib ki, qarın çox yağmasına baxmayaraq hələlik Şəkidə fövqəladə bir hadisə baş verməyib: “Kəndlərdən də ciddi problem olduğu barədə siqnal yoxdur. Ciddi problem olsaydı rayonun KANAL-S TV-si bu barədə məlumat verərdi. Deyə bilərəm ki, işıq, qaz məsələsində də əsaslı problem yoxdur. Sadcə, rayonun bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Mənə verilən məlumata görə, yaxın saatlarda bu, bərpa olunacaq”.

Deputat rayonun mərkəzində yolların buz bağladığını da deyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal