Modern.az saytının məlumatına görə, “Eurovision-2012” Mahnı Müsabiqəsidə Azərbaycan təmsilçisini müəyyən etmək üçün keçirilən Milli Seçim turunun yarımfinal mərhələsi bu gün başa çatacaq. 8 iştirakçı saat 21.00-da İctimai Televiziyanın canlı efirində yarımfinal mərhələsində son performanslarını göstərəcək. Final uğrunda Orxan Kərimli, Məryəm Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılova mübarizə aparır. Bu 8 yarımfinalçıdan yalnız 5 nəfərin finala keçmək şansı var.
Seçimlər izləyicilərin SMS səsverməsi və münsiflər heyətinin rəyi əsasında aparılır.
Qeyd edək ki, “Eurovision-2012” Mahnı Müsabiqəsidə iştirak edəcək 43 ölkənin təmsilçisi və mahnısı mart ayının 20-nə kimi bəlli olacaq. Bu barədə müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker deyib.
S. Bekkerin sözlərinə görə, bütün iştirakçı ölkələrin təmsilçiləri və onların ifa edəcəyi mahnılar qeyd olunan tarixədək müəyyənləşməlidir. Təşkilati məsələlər üzrə rəhbər onu da bildirib ki, martın ikinci yarısında Bakıda növbəti toplantı keçiriləcək və həmin görüşdə Avropa Yayımları Birliyi (EBU) “Eurovision 2012”də iştirak edəcək ölkələrin təmsilçiləri və mahnılarını təsdiqləyəcək.
Modern.az 8 yarımfinalçı barədə məlumatları təqdim edir.
Orxan Kərimli 4 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta musiqi təhsili var, özəl vokal dərsləri alıb. Milli Seçim turunun 1-ci həftəsinin qalibidir. |
Məryəm Kərimova 8 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Milli Seçim turunun 2-ci həftəsinin qalibidir. |
Xəyyam Mustafazadə 2 dekabr 1989-cu ildə Gürcüstan Respublikasında anadan olub. 2011-ci ildə “Azəri Star” müsabiqəsində 2-ci yeri əldə edib. Milli Seçim turunun 3-cü həftəsinin qalibidir. |
Fəqani Səfərov 2 dekabr 1989-cu ildə Gürcüstan Respublikasında anadan olub. 2011-ci ildə “Azəri Star” müsabiqəsində 2-ci yeri əldə edib. Milli Seçim turunun 4-cü həftəsinin qalibidir.
|
Elton İbrahimov 3 noyabr 1994-cü ildə Rusiya Federasiyasında anadan olub. 2011-ci ildə Moskvada keçirilən “Зажги свою Звезду” müsabiqəsində 2-ci, Barnaulda keçirilən “Мистер шлягер” yarışmasında isə 1-ci yeri əldə edib. Milli Seçim turunun 5-ci həftəsinin qalibidir.
|
Adil Baxışlı 3 yanvar 1989-cu ildə anadan olub. Konservatoriya nəzdində musiqi kollecinin vokal şöbəsində təhsil alıb. 2009- cu ildə “Next” qrupunda çalışıb, daha sonra solo karyerasına başlayıb. Milli Seçim turunun 6-cı həftəsinin qalibidir.
|
Səbina Babayeva 2 dekabr 1979-cu ildə anadan olub. Asəf Zeynallı adına musiqi kollecini bitirib. 2009-cu ildə Latviyada keçirilən “Amberstar”, 2009-cu ildə isə Moskvadakı “Slavyan Ulduzu” nda “Gran Pri” mükafatına layiq görülüb. Milli Seçim turunun7-ci həftəsinin qalibidir.
|
Arzu İsmayılova Milli Seçim turunun 8-ci həftəsinin qalibidir.
|
Modern.az