Liberal-demokratlar tribunanı mühasirəyə alıblar
Rusiya Liberal-Demokrat Partiyasından olan deputatlar bu gün Dövlət Dumasının iclas zalındakı tribunanı bir neçə dəqiqə mühasirədə saxlayıblar. Modern.az saytı Rusiya mətbuatına istnadən xəbər verir ki, liberal-demokratlar bununla “Vahid Rusiya” fraksiyasının lideri Andrey Vorobyovun çıxışına mane olmağa cəhd ediblər. Məlumatda qeyd edilir ki, Vladimir Jirinovskinin rəhbəri olduğu partiyanın nümayəndələri yerlərindən qalxaraq tribuna ilə rəbbərliklə tribuna arasındakı məsafəni mühasirədə saxlayıblar. Dövlət Dumasının spikeri Sergey Narışkinin xəbərdarlığından sonra deputatlar yerlərinə qayıdıblar.
Qalmaqal iclas başlanan zamanı fraksiya liderinin deputatlara reqlamentlə müəyyən edilən beş dəqiqəlik müraciəti zamanı yaranıb. LDP-nin lideri bəyan edib ki, o, fevralın 4-də keçirilən mitinqdə iştirak edən tərəfdarların düzgün sayılmamasından narazıdır. Jirinovskinin dediyinə görə, aksiyaya 3 mihn adam gəlib, KİV-də isə min nəfərlə bağlı məlumat gedib.
Jirinovskinin çıxışına bir neçə dəfə “Vahid Rusiya” partiyasından olan deputatlar səs-küy salmaqla mane olublar. Jirinovski isə həmişəki kimi qışqırmqağa başlayıb.
Bundan sonra A.Vorobyov Jiruinovskidən sakitləşməsi xahiş edib: “Yaxşıdır, əyləci basın”. Bu an LDP-dən olan deputatlar tribunaya yaxınlaşaraq mühasirəyə alıblar və Jirinovski qışqırıb: “Siz əyləci basın”. Bir neçə dəqiqə sonra deputatlar sakitləşiblər.