Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Modern.az saytına verdiyi məlumata görə, fevralın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir qar yağacağı, çovğun olacağı gözlənilir.
Havanın temperaturunun gecə 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında fevralın 8-də qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Milli Hidrometeorologiya Departamenti kəskin hava şəraiti haqqında növbəti xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilib ki, fevralın 9-u gündüzədək kəskin hava şəraitinin davam edəcəyi, qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, çovğun olacağı gözlənilir.
Havanın minimal temperaturunun 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Modern.az