Fevralın 7-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin televiziya, radio və əlavə informasiya yayımı, “Konnekt” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.1, 33.4, 33.7, 33.9-cu bəndini rəhbər tutaraq “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin televiziya, radio və əlavə informasiya yayımı, “Konnekt” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
Modern.az