Modern.az

Bakıda təhsil sərgisi keçiriləcək

Bakıda təhsil sərgisi keçiriləcək

7 Fevral 2012, 17:09

Dünyanın bir sıra məşhur biznes məktəblərinin (INSEAD, IE Business School, Hult IBS, Cass Business School və digərləri) qatıldığı Access MBA sərgisi Bakıda təşkil olunacaq.

Sərgidə individual olaraq Avropa və Şimali Amerikanın biznes məktəblərinin nümayəndələri ilə görüşmək imkanı, interaktiv diskussiyaların təşkil olunması nəzərdə tutulur. Sərgi fevralın 23-də saat 16:00-dan 21:30-dək  “Excelsior” oteldə keçiriləcək.

İştirakçılar mütləq bu keçiddən istifadə edib qeydiyyatdan keçməlidirlər:

//www.accessmba.com/mba-events/access-mba-events/mba-event-baku-february-23/index.html?ui=GQXII51328115803

Access MBA Fransada yerləşən Advent Group şirkətinin layihəsidir. Şirkət hər il Avropada, Yaxın şərqdə, Şimali və Cənubi Amerikada bir çox sərgilər təşkil edir. Ümumilikdə, Access MBA hər il dünyanın 30 şəhərində 50-ə yaxın sərginin təşkilatçısıdır.

 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal