Modern.az

Hakimiyyət çağırış etdi - “Bütün inqilab əleyhdarları birləşin!”

Hakimiyyət çağırış etdi - “Bütün inqilab əleyhdarları birləşin!”

7 Fevral 2012, 17:39

Rusiyanın hakim partiyasından həyəcanlı adım

“Vahid Rusiya” Partiyasının deputatları bu gün inqilab yolu ilə hakimiyyət dəyişikliyinə imkan verilməməsi ilə bağlı bəyanat qəbul ediblər. Modern.az saytı Rusiya mətbuatına istinadən məlumat verir ki, Dövlət Dumasının plenar iclasında açıqlanan bəyanatda Rusiya Federasiyanın bütün siyasi qüvvələrinə və vətəndaşlarına dövlətin qorunub saxlanılmasına yardımçı olmaq çağırışı edilib.

Bəyanatın əvvəlcə bütün fraksiyalar tərəfindən imzalanacağı ehtimal olunub, amma müxalifəti Dumada təmsil edən fraksiyalar buna razılaşmayıblar, bundan sonra isə məlum olub ki, həmin fraksiyaların liderlərinin layihə razılaşdırılmazdan öncə onu imzalayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal