Modern.az

Deputatlardan təpki - Əhmədinejat parlamentə çağırıldı

Deputatlardan təpki - Əhmədinejat parlamentə çağırıldı

7 Fevral 2012, 17:43

İran parlamentarları prezidentin ittihamlara cavab verməsini istəyirlər

Bu gün deputatalar prezident Mahmud Əhmədinejatı onun ünvanına səslənən çoxsaylı ittihamlara cavab verməsi üçün parlamentə dəvət ediblər. Modern.az saytının məlumatına görə, prezidentdən xarici və daxili siyasətdə, eləcə də iqtisadi sahədəki iflasa uğramaya görə cavab verməsi istənilir.

Bundan əlavə, parlamentarlar Tehranda metro tikintisi və digər ictimai nəqliyyatın inkişafı üçün ayrılan vəsaitin hara sərf olunduğunu öyrənmək istəyirlər.

İran qanunvericiliyinə görə, prezident dəvətdən bir ay gec olmayaraq parlamentə gələməlidir.

Məlumatda qeyd edilir ki, bu ölkənin yeni tarixində parlamentin prezidenti dinləmələrə dəvət ertməsi ilə bağlı ilk hadisədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal